​Şöbə müdiri: “Son 3 ildə məzunlar arasında “2” qiyməti alanların sayı azalıb”

​Şöbə müdiri: “Son 3 ildə məzunlar arasında “2” qiyməti alanların sayı azalıb” Emin Əmrullayev: “Azərbaycanda məktəbəqədər təhsil üzrə göstərici dünya ölkələrinin ümumi orta göstəricisindən aşağıdır”
Elm və təhsil
14 İyul , 2016 13:15
​Şöbə müdiri: “Son 3 ildə məzunlar arasında “2” qiyməti alanların sayı azalıb”

Bakı. 14 iyul. REPORT.AZ/ "Son 3 ildə ümumi təhsil pilləsini bitirən məzunların arasında “2” qiyməti alanların sayı azalıb”.

"Report"un xəbərinə görə, bunu Təhsil Nazirliyinin Təhsilin inkişafı proqramları şöbəsinin müdiri Emin Əmrullayev qurumun "Məqsəd keyfiyyətdir: təhsilimiz təhlil müstəvisində” adlı hesabat konfransında deyib.

Onun sözlərinə görə, 2012-ci illə müqayisədə 2015-ci ildə IX sinif məzunları arasında buraxılış imtahanlarında “2” alan şagirdlərin faiz göstəricisi 14 faiz azalıb: “Digər tərəfdən, əgər 2012-ci ildə buraxılış imtahanlarında 50 faiz şagird müsbət qiymət alıbsa, 2016-cı ildə bu rəqəm 67,3 faiz təşkil edib. Ümumilikdə isə son 3 ildə buraxılış imtahanlarında “2” alan şagirdlərin sayı 30 faiz azalıb. Bu faktlar nikbinliyə əsas verir”.

E.Əmrullayev qeyd edib ki, 2012-ci illə müqayisədə 2015-ci ildə IX sinif buraxılış imtahanı nəticələrinin 14 faizdən çoxu yaxşılaşıb: “2015-ci ildə hər 3 şagirddən 2-si imtahan fənninin hər ikisindən müsbət qiymət alıb. Ana dili fənni üzrə imtahanda alınan müvəffəq qiymətlərin faizi 2013-cü ildə 65, 2014-cü ildə 73, 2015-ci ildə isə 74 faiz olub. 2013-cü illə müqayisədə bu 9 faizlik artım deməkdir. 2015-ci ildə XI sinfin buraxılış imtahanlarında şagirdlərin nəticələri əvvəlki illərdən fərqli olub. 2015-ci ilin XI sinfin buraxılış imtahanlarında şagirdlərin 63 faizi hər üç fəndən məqbul qiymət alıb. Qalan 37 faiz isə bir və ya bir neçə fəndən qeyri-məqbul qiymət alıb. Başqa sözlə, hər 3 şagirddən ikisi imtahanlarda 3 fənni kifayət qədər mənimsəyib”.

Şöbə müdiri bildirib ki, Azərbaycanda məktəbəqədər təhsildə üzrə göstərici dünya ölkələrinin ümumi orta göstəricisindən aşağıdır.

E.Əmrullayev əlavə edib ki, bu il Bakı şəhəri üzrə 87 məktəbin bazasında 3000-dən artıq uşaq üçün məktəbəhazırlıq kursları təşkil edilib: “Bu da yaxın gələcəkdə ibtidai təhsildə keyfiyyət dəyişikliyinə gətirib çıxaracaq”. 

Son xəbərlər

Orphus sistemi