Şirvanda müəllimlərin biliklərinin diaqnostik qiymətləndirilməsinə başlanılıb

Şirvanda müəllimlərin biliklərinin diaqnostik qiymətləndirilməsinə başlanılıb İmtahanlarda dörd rayonun və Şirvan şəhərinin 6 500-dən çox müəlliminin iştirakı nəzərdə tutulub
Elm və təhsil
9 Dekabr , 2015 10:27
Şirvanda müəllimlərin biliklərinin diaqnostik qiymətləndirilməsinə başlanılıb

Bakı. 9 dekabr. REPORT.AZ/ Şirvan şəhərində Hacıqabul, Sabirabad, İmişli, Saatlı rayonlarının və Şirvan şəhərinin ümumi təhsil müəssisələrində çalışan müəllimlərin bilik və bacarıqlarının diaqnostik qiymətləndirilməsinə başlanılıb. Bu barədə "Report"a Təhsil Nazirliyindən məlumat verilib.

Şirvan Olimpiya İdman Kompleksində keçirilən imtahanlarda 6 500-dən çox müəllim iştirak edəcək. Diaqnostik qiymətləndirmə proqram təminatı əsasında kompüterlər vasitəsilə həyata keçirilir.

Xatırladaq ki, qiymətləndirmə zamanı iştirakçılara ixtisas üzrə ümumi təhsil proqramına uyğun 40, metodika və təlim strategiyaları üzrə 20 test tapşırığı verilir. Hər bir düzgün cavab 1 balla qiymətləndirilir. Test tapşırıqlarının hər bir bölmə üzrə minimum 10 faizinə düzgün cavab vermiş müəllimlər bilik və bacarıqları diaqnostik qiymətləndirilmiş hesab olunurlar.

Şirvan şəhərində 9-13 dekabrda keçirilicək diaqnostik qiymətləndirmədə Təhsil Nazirliyi sisteminə daxil olan ümumi təhsil müəssisələrində əsas iş yeri kimi əmək müqaviləsi əsasında işləyən müəllimlər, müəllim-defektoloqlar və gənclərin çağırışaqədərki hazırlıq rəhbərləri iştirak edəcəklər.

Qeyd edək ki, müəllimlər imtahanlar başa çatdıqdan sonra diaqnostik qiymətləndirmənin nəticələri ilə tanış ola biləcəklər.

Son xəbərlər

Orphus sistemi