"Sinif icmalarının plan müsabiqəsi" qaliblərinin mükafatlandırılması mərasimi keçirilib

"Sinif icmalarının plan müsabiqəsi" qaliblərinin mükafatlandırılması mərasimi keçirilib Müsabiqədə 37 sinif icması iştirak edib
Elm və təhsil
8 Yanvar , 2016 11:17
Sinif icmalarının plan müsabiqəsi qaliblərinin mükafatlandırılması mərasimi keçirilib

Bakı. 8 yanvar. REPORT.AZ/ Məktəb icmalarının yaradılması üzrə pilot layihə çərçivəsində "Sinif icmalarının plan müsabiqəsi" qaliblərinin mükafatlandırılması mərasimi keçirilib. "Report" xəbər verir ki, Bakı şəhərindəki 204 saylı tam orta məktəbdə keçirilən tədbirdə Təhsil Nazirliyinin, Bakı Şəhəri üzrə Təhsil İdarəsinin, müsabiqənin təşkilində iştirak edən qurumların nümayəndələri, təhsil ekspertləri iştirak edib.

Nazirliyin baş məsləhətçisi Vəfa Yaqublu layihə barədə məlumat verərək bildirib ki, müsabiqənin keçirilməsində məqsəd pilot layihə çərçivəsində yaradılan icmaların fəaliyyətini stimullaşdırmaqdan, icma üzvlərini həvəsləndirməkdən, müəllim, şagird və valideynlərə icma yaratmağı təşviq etməkdir.

Qeyd edək ki, müsabiqədə 37 sinif icması iştirak edib. Qaliblər müxtəlif nominasiyalar üzrə müəyyənləşdirilib. "Sinif icmasının ən yaxşı planı" nominasiyasında Gəncə şəhəri M.Mehdizadə adına 4 saylı tam orta məktəbin III-j sinfi, "Xərcsiz sevinc" nominasiyasında Bakı şəhəri Ə. Mahmudov adına 220 saylı məktəbin VI-d sinfi, "Sərhədsiz xeyirxahlıq" nominasiyasında isə Gəncə şəhəri M. Mehdizadə adına 4 saylı tam orta məktəbin IX-b sinfi qalib olub.

Hər bir nominasiya üzrə qaliblərə fəxri fərman və müxtəlif dəyərli hədiyyələr təqdim olunub.

Son xəbərlər

Orphus sistemi