Sınaq imtahanının nəticələri açıqlanıb

Sınaq imtahanının nəticələri açıqlanıb IV qrup üzrə bir nəfər 700 bal toplayıb
Elm və təhsil
6 May , 2015 15:49
Sınaq imtahanının nəticələri açıqlanıb

Bakı. 6 may. REPORT.AZ/ Tələbə Qəbulu üzrə Dövlət Komissiyası (TQDK) mayın 3-də keçirilən sınaq imtahanının nəticələrini açıqlayıb. 

TQDK-dan "Report"a verilən xəbərə görə, sınaq imtahanında iştirak etmək üçün qeydiyyatdan keçmiş 49 994 abituriyentdən 3181 nəfəri imtahana gəlməyib. 

Qaydalara zidd hərəkətlərə yol verdikləri üçün 11 abituriyentin imtahan nəticələri ləğv edilib. Beləliklə, TQDK-nın internet saytında sınaq imtahanında iştirak edən 46 802 abituriyentin imtahan nəticələri yerləşdirilib.

IV qrup üzrə 1 nəfər ən yüksək nəticə - 700 bal toplayıb.

Son xəbərlər

Orphus sistemi