Şərqşünaslıq İnstitutunun Gənc Alim və Mütəxəssislər Şurasına yeni sədr seçilib

Şərqşünaslıq İnstitutunun Gənc Alim və Mütəxəssislər Şurasına yeni sədr seçilib Şərqşünaslıq İnstitutunun elmi işçisi Pərviz Ağayevə etimad göstərilib
Elm və təhsil
8 İyun , 2015 15:00
Şərqşünaslıq İnstitutunun Gənc Alim və Mütəxəssislər Şurasına yeni sədr seçilib

Bakı. 8 iyun. REPORT.AZ/ AMEA akademik Ziya Bünyadov adına Şərqşünaslıq İnstitutunun Gənc Alim və Mütəxəssislər Şurasının yığıncağı keçirilib. "Report" xəbər verir ki, Şərqşünaslıq İnstitutunun direktoru Gövhər Baxşəliyeva ölkədə dövlət gənclər siyasətinə xüsusi önəm verildiyini qeyd edib.

Şərqşünaslıq İnstitutunun Gənc Alim və Mütəxəssislər Şurasının sədri Sübhan Talıblı iş yerini AMEA-nın Dünya Siyasəti İnstitutuna dəyişdiyinə görə şuraya yeni sədr seçkisi keçirilib.

Şura sədri vəzifəsinə Şərqşünaslıq İnstitutunun elmi işçisi Pərviz Ağayevin namizədliyi irəli sürülüb. O, yekdilliklə Şərqşünaslıq İnstitutunun Gənc Alim və Mütəxəssislər Şurasının sədri seçilib.

Son xəbərlər

Orphus sistemi