Bakı. 16 dekabr. REPORT.AZ/ Serbiyanın sabiq prezidenti Boris Tadiç dekabr ayının 18-də Azərbaycana səfər edəcək.
"Report" xəbər verir ki, səfər zamanı sabiq prezident "ADA" Universitetində "Qlobal xarici siyasət: Berlin divarının çökməsindən 25 il sonra" mövzusunda məruzə oxuyacaq.
Həmçinin B.Tadiçin Azərbaycanın bir sıra rəsmi şəxsləri ilə görüşü nəzərdə tutulub.