Sentyabrın sonunda Gömrük Komitəsində imtahan keçiriləcək

Sentyabrın sonunda Gömrük Komitəsində imtahan keçiriləcək Sədr Aydın Əliyev: "Komitəyə daxil olan müraciətlər çoxdur"
Elm və təhsil
11 Sentyabr , 2015 11:23
Sentyabrın sonunda Gömrük Komitəsində imtahan keçiriləcək

Bakı. 11 sentyabr. REPORT.AZ/ Sentyabr ayının sonunda Dövlət Gömrük Komitəsində işə qəbul ilə bağlı növbəti imtahan keçiriləcək. "Report" xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında Dövlət Gömrük Komitəsinin sədri Aydın Əliyev deyib.

A.Əliyevin sözlərinə görə, işə qəbul ilə bağlı Komitəyə daxil olan müraciətlərin sayı çoxdur. "Gömrük Komitəsinə qəbul olmaq üçün yüzlərlə müraciət var. Sentyabrın axırında növbəti imtahan keçiriləcək" - deyə A.Əliyev bildirib.

Son xəbərlər

Orphus sistemi