​Sentyabrın 28-də Ay tutulmasını Azərbaycandan izləmək mümkün olacaq

​Sentyabrın 28-də Ay tutulmasını Azərbaycandan izləmək mümkün olacaq Ay tutulması Bakı vaxtı ilə 06:07-də başlayacaq
Elm və təhsil
22 Sentyabr , 2015 13:07
​Sentyabrın 28-də Ay tutulmasını Azərbaycandan izləmək mümkün olacaq

Bakı. 22 sentyabr. REPORT.AZ/ Sentyabrın 28-də gerçəkləşəcək Ay tutulmasını Azərbaycan ərazisindən də izləmək mümkün olacaq. Bu barədə "Report"a AMEA Şamaxı Astrofizika Rəsədxanasının elmi işlər üzrə direktor müavini Xıdır Mikayılov məlumat verib.

O bildirib ki, Ay tutulması Bakı vaxtı ilə 06:07-də başlayacaq. Təbiət hadisəsi saat 9:27-dək, yəni 3 saat 20 dəqiqə davam edəcək.

X.Mikayılovun sözlərinə görə, Azərbaycan ərazisindən Ay tutulmasını izləmək istəyənlər üfüqə yaxın hadisəni müşahidə edə bilərlər: "Azərbaycan ərazisindən Ay tutulamsını 07:30-dək müşahidə etmək mümkün olacaq. Bu saatdan sonra Günəşin çıxması prosesi izləməyə imkan verməyəcək".  

Son xəbərlər

Orphus sistemi