Bakı. 13 may. REPORT.AZ/ "Adı mətbuatda hallanan, şərti adı A. olan şəxs Pirbəhli kənd 9 illik kənd ümumi orta məktəbindən 2015-ci ildə məzun olub".
Bu barədə "Report"a Şamaxı Rayon Təhsil Şöbəsindən bildirilib.
"O, Şamaxı rayonunun ümumi təhsil müəssisələrinin heç birində təhsilini davam etdirmir", - deyə təhsil şöbəsindən əlavə olunub.
Qeyd olunub ki, bu hadisədə adı çəkilən Pirbəhli kənd ümumi orta məktəbinin müəllimi Elnur İbrahimov 2016-cı il aprelin 1-dən üzrlü səbəb olmadan pedaqoji fəaliyyətinə ara verib: "Bu səbəbdən cari il may ayının 3-dən məktəbin Pedaqoji Şurasının qərarı ilə Əmək Məcəlləsinin 70-ci maddəsinin "Ç" bəndinə əsasən Elnur İbrahimovla bağlanan əmək müqaviləsinə xitam verilib.
Baş vermiş hadisə ilə bağlı hüquq-mühafizə orqanları tərəfindən araşdırma aparılır".