​Şamaxı Astrofizika Rəsədxanasına astronomik ekskursiyalar təşkil olunur

​Şamaxı Astrofizika Rəsədxanasına astronomik ekskursiyalar təşkil olunur Ekskursiyalar gündəlik olaraq saat 11:00, 14:00 və 16:00-da keçirilir
Elm və təhsil
29 İyul , 2016 10:37
​Şamaxı Astrofizika Rəsədxanasına astronomik ekskursiyalar təşkil olunur

Bakı. 29 iyul. REPORT.AZ/ AMEA Nəsirəddin Tusi adına Şamaxı Astrofizika Rəsədxanasında fəaliyyət göstərən astronomik muzey və teleskoplarla yaxından tanış olmaq üçün ekskursiyalar təşkil olunur. 

AMEA-nın mətbuat xidmətindən "Report"a verilən məlumata görə, ekskursiyalar gündəlik olaraq saat 11:00, 14:00 və 16:00-da keçirilir.

Gecə vaxtı ekskursiya üçün nəzərdə tutulmuş teleskopla göy cisimlərinə baxmaq hava şəraitindən asılı olaraq təşkil olunur.

Qeyd edək ki, Azərbaycan astronomiya elminin inkişafında əhəmiyyətli rol oynayan Şamaxı Astrofizika Rəsədxanası 1959-cu ildə yaradılıb və 1960-cı ildən fəaliyyətə başlayıb. Azərbaycanın tanınmış alimləri Həsən Əliyevin və Yusif Məmmədəliyevin təşəbbüsü ilə yaradılan rəsədxana dəniz səviyyəsindən 1500 metr hündürlükdə yerləşir. Rəsədxananın fəaliyyəti çərçivəsində qalaktikaların, ulduzların, planetar dumanlıqların, günəşin, planetlərin və kometaların müşahidəsi aparılır.

Son xəbərlər

Orphus sistemi