Şah İsmayıl Xətai dövrünə aid pul muzeyə təhvil verilib - FOTO

Şah İsmayıl Xətai dövrünə aid pul muzeyə təhvil verilib - FOTO Əşyanın saç sancağına bənzəməsinə baxmayaraq, vaxtilə ondan pul vasitəsi kimi istifadə ediblər
Elm və təhsil
25 Fevral , 2015 14:23
Şah İsmayıl Xətai dövrünə aid pul muzeyə təhvil verilib - FOTO

Bakı. 25 fevral. REPORT.AZ/ Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) Milli Azərbaycan Tarixi Muzeyinə Səfəvilər dövlətinin banisi Azərbaycan hökmdarı Şah İsmayıl Xətainin adından kəsilmiş gümüş sikkə - “sancaq” daxil olub. Bu barədə “Report”a muzeydən məlumat verilib.

İranın cənubunda yerləşən Larican şəhərində dövriyyədə olan bu “sancaq” Şah İsmayıl və Şah Təhmasibin dövrünə aiddir. Əşyanın saç sancağına bənzəməsinə baxmayaraq, vaxtilə ondan pul vasitəsi kimi istifadə ediblər.

Qeyd edək ki, bu növdə material Muzeyin Numizmatika fondunda qorunan yeganə eksponatdır.

Son xəbərlər

Orphus sistemi