"Sabahın alimləri" V Respublika müsabiqəsi keçiriləcək

"Sabahın alimləri" V Respublika müsabiqəsi keçiriləcək Bununla bağlı nazir əmr imzalayıb
Elm və təhsil
2 Noyabr , 2015 21:00
Sabahın alimləri V Respublika müsabiqəsi keçiriləcək

Bakı. 2 noyabr. REPORT.AZ/ Təhsil naziri Mikayıl Cabbarov "Sabahın alimləri" V Respublika müsabiqəsinin keçirilməsi barədə əmr imzalayıb. Bu barədə "Report"a nazirlikdən məlumat verilib.  

Əmrə əsasən, 2016-cı ilin 11-13 fevral tarixlərində keçiriləcək bu müsabiqədə ölkəmizdə fəaliyyət göstərən ümumi təhsil məktəblərinin IX-XI siniflərində təhsil alan şagirdlər öz elmi layihələri ilə iştirak edə bilərlər.

Xatırladaq ki, "Sabahın alimləri" Respublika müsabiqəsi hər il ABŞ-da təşkil edilən İntel İSEF–İntel Beynəlxalq Elm və Mühəndislik Sərgisi çərçivəsində keçirilir. Respublika müsabiqəsində ciddi elmi nəticə əldə edən şagirdlər Münsiflər Heyəti tərəfindən seçilərək İntel İSEF-də iştirak etmək hüququ qazanırlar.

Son xəbərlər

Orphus sistemi