SABAH qrupunun tələbələri “Bakı Metropoliteni”ndə təcrübə kursu keçirlər

SABAH qrupunun tələbələri “Bakı Metropoliteni”ndə təcrübə kursu keçirlər Kursun iştirakçılarına “Bakı Metropoliteni” QSC-də təcrübə keçmələrinə dair xasiyyətnamə təqdim olunacaq
Elm və təhsil
16 Avqust , 2016 11:07
SABAH qrupunun tələbələri “Bakı Metropoliteni”ndə təcrübə kursu keçirlər

Bakı. 16 avqust. REPORT.AZ/ Təhsil Nazirliyinin təşəbbüsü və “Bakı Metropoliteni” QSC ilə birgə əməkdaşlıq çərçivəsində tələbələrə metropolitenin müvafiq struktur bölmələrində ixtisasları üzrə müxtəlif sahələrdə təcrübə toplamaları üçün şərait yaradılıb.

Təhsil Nazirliyindən “Report”a verilən məlumata görə, kurslarda Azərbaycan Dövlət İqtisad Universiteti, Azərbaycan Dövlət Neft və Sənaye Universiteti, Azərbaycan Texniki Universiteti və Azərbaycan Memarlıq və İnşaat Universitetinin SABAH qrupuna daxil olan tələbələri iştirak edir.

Bir ay müddətində davam edəcək kursun iştirakçılarına “Bakı Metropoliteni” QSC-də təcrübə keçmələrinə dair xasiyyətnamə təqdim olunacaq.

Kursların keçirilməsində məqsəd tələbələrin fərdi və peşəkar inkişafına dəstək olmaq, həmçinin akademik və iş mühitləri arasında əlaqələri möhkəmlətmək üçün “Bakı Metropoliteni” QSC-nin müvafiq struktur bölmələrində onların yiyələnəcəkləri ixtisaslar üzrə təcrübə toplamasıdır. 

Son xəbərlər

Orphus sistemi