SABAH qruplarında press-tur keçirilib - FOTO

SABAH qruplarında press-tur keçirilib - FOTO ADİU-nun SABAH qruplarında 224 nəfər tələbə var
Elm və təhsil
5 Mart , 2015 19:17
SABAH qruplarında press-tur keçirilib - FOTO

Bakı. 5 mart. REPORT.AZ/ Bu gün Təhsil Nazirliyinin təşkilatçılığı ilə Azərbaycan Dövlət İqtisad Universitetinin (ADİU) SABAH qruplarında press-tur keçirilib. 

"Report" xəbər verir ki, jurnalistlər SABAH qrupları üçün yaradılan şəraitlə tanış olub, dərslərdə iştirak ediblər.

Təhsil Nazirliyinin SABAH qrupları layihəsi icra komitəsinin rəhbəri Elçin Ağakişiyev bildirib ki, ADİU-nun SABAH qruplarında 224 nəfər tələbə var: "Tələbələr 9-a yaxın müxtəlif ixtisasda təhsil alır. Qruplarda tədris xüsusi proqramlar əsasında aparılır və təhsil alan tələbələr xüsusi imtiyazlara malikdir. Eyni zamanda ödənişli əsaslarla təhsil alan tələbələrə SABAH təqaüdü verilir. Bu qruplarda dərs deyən müəllimlər Təhsil Nazirliyinin xüsusi komissiyası tərəfindən seçilib. Tələbələr ödənişsiz yataqxana və üç dəfə yeməklə təmin olunurlar".

ADİU-nun SABAH qrupları mərkəzinin dekanı Aida Quliyeva universitetdə qruplar üçün yaradılan şəraitdən danışaraq bildirib ki, SABAH qruplarında təhsil alan tələbələr 10 qrupa bölünüb və onlara 10 auditoriya ayrılıb: "Auditoriyalarda smartboardlar (ağıllı lövhələr) quraşdırılıb. Auditoriyaların qapısında planşetlər yerləşdirilib. İstənilən şəxs bu planşet vasitəsilə auditoriyanın boş olub-olmadığını, burada hansı qrupun, hansı müəllimin olduğunu və hansı fənnin tədris edildiyini görə bilər. Eyni zamanda dəhlizdə elektron lövhə quraşdırılıb ki, buradan qruplarla bağlı istənilən məlumatı, yenilik və xəbərləri əldə etmək olur".

Dekan həmçinin bildirib ki, qruplarda dərs deyən müəllimlərin 90 faizi xaricdə təhsil alıb: "Müəllimlərin 1-2 faizini xaricilər təşkil edir".

Son xəbərlər

Orphus sistemi