Təhsil naziri SABAH qrupları üçün yaradılan auditoriyada "Açıq dərs"i izləyib

Təhsil naziri SABAH qrupları üçün yaradılan auditoriyada "Açıq dərs"i izləyib Mikayıl Cabbarov yeni tədris auditoriyaları ilə tanış olub
Elm və təhsil
18 Noyabr , 2015 14:35
Təhsil naziri SABAH qrupları üçün yaradılan auditoriyada Açıq dərsi izləyib

Bakı. 18 noyabr. REPORT.AZ/ Təhsil naziri Mikayıl Cabbarov bu gün Bakı Dövlət Universiteti, Azərbaycan Dövlət Neft və Sənaye Universiteti və Azərbaycan Dövlət İqtisad Universitetində SABAH qruplarının yeni tədris auditoriyalarının açılışında iştirak edib. Bu barədə "Report"a nazirlikdən məlumat verilib.

Təqdimata ali təhsil müəssisələrinin rektorları, müəllim-professor heyəti və tələbələr qatılıb.

Auditoriyalarda yaradılan şərait tələbələrlə həm fərdi, həm də qrup halında tədris aparmağa imkan verir. Yeni tədris mühitində tələbənin və müəllimin mobilliyi təmin edilir ki, bu da müasir informasiya-kommunikasiya texnologiyalarından, dərs vəsaitlərindən daha səmərəli istifadəyə yönəlib. Auditoriyanın yeni tərtibatının əsas hədəflərindən biri də müəllim-tələbə ünsiyyətini yaradıcı məcraya yönəltmək və hər bir tələbənin tədris prosesində fəal iştirakını təmin etməkdir.

M.Cabbarov SABAH qrupları üçün yaradılan auditoriyada keçirilən "Açıq dərs"i izləyib, tələbələrlə söhbət edib. Onların suallarını cavablandıran nazir yeni tədris mühiti və gələcək karyera imkanları ilə bağlı fikirlərini bölüşüb.

Qeyd edək ki, 11 ali məktəbdə 45 ixtisas üzrə yaradılan SABAH qruplarında 1629 tələbə təhsil alır. Xüsusi müsabiqə əsasında seçilən 500 müəllim həmin qruplarda tədris aparır.

Son xəbərlər

Orphus sistemi