Rus bölməsi abituriyentlərinin qeydiyyatı başlayıb

Rus bölməsi abituriyentlərinin qeydiyyatı başlayıb Rus bölməsinin abituriyentləri üçün 1-ci Azərbaycan dili imtahanı aprelin 26-da, 2-ci isə iyulun 7-də keçiriləcək
Elm və təhsil
2 Mart , 2015 16:25
Rus bölməsi abituriyentlərinin qeydiyyatı başlayıb

Bakı. 2 mart. REPORT.AZ/ Rus bölməsinin abituriyentlərinin qeydiyyatı başlayıb. Bu barədə "Report"a Tələbə Qəbulu üzrə Dövlət Komissiyasından məlumat verilib.

Martın 1-dən başlayan qeydiyyat ayın 31-dək davam edəcək və internet vasitəsilə aparılacaq. Rus bölməsinin abituriyentləri qeydiyyatdan keçmək üçün TQDK-nın virtual ödəmə kartını əldə etməlidirlər. Ödəmə kartını internet ödəmə vasitəsilə və ya bütün mobil operatorlardan 7725 nömrəsinə boş SMS göndərməklə əldə etmək olar (Dövlət rüsumu 2 AZN-dir).

Rus bölməsinin abituriyentləri iş nömrəsi və şifr əldə etdikdən sonra TQDK-nın internet saytının müvafiq səhifəsinə (http://eservices.tqdk.gov.az/erizebak/azdili/) daxil olaraq qeydiyyatdan keçməlidirlər.

Həmin abituriyentlərin əldə etdikləri bu ödəmə kartındakı iş nömrəsi və şifrdən elektron ərizə qəbulunun bütün mərhələlərində istifadə olunacaq. TQDK-nın ikinci ödəmə kartını əldə etməyə ehtiyac olmayacaq.

Xatırladaq ki, rus bölməsinin abituriyentləri üçün 1-ci Azərbaycan dili imtahanı aprelin 26-da, 2-ci Azərbaycan dili imtahanı isə iyulun 7-də keçiriləcək.

Qeyd edək ki, ali təhsil müəssisələrinin və tam orta təhsil (11 illik) bazasında orta ixtisas təhsili müəssisələrinin rus bölməsinə qəbul olmaq istəyən abituriyentlər "Azərbaycan Respublikasında Dövlət dili haqqında" qanuna əsasən "Azərbaycan dili" fənnindən test imtahanı verməlidirlər.

Son xəbərlər

Orphus sistemi