Rus bölməsinin abituriyentlərinin “Azərbaycan dili” fənni üzrə imtahanının nəticələri elan edilib

Rus bölməsinin abituriyentlərinin “Azərbaycan dili” fənni üzrə imtahanının nəticələri elan edilib TQDK: 1000-dən çox abituriyentdən yalnız 663 nəfər məqbul qiymət alıb
Elm və təhsil
13 İyun , 2016 09:40
Rus bölməsinin abituriyentlərinin “Azərbaycan dili” fənni üzrə imtahanının nəticələri elan edilib

Bakı. 13 iyun. REPORT.AZ/ Tələbə Qəbulu üzrə Dövlət Komissiyası (TQDK) iyunun 12-də rus bölməsi abituriyentləri üçün keçirdiyi “Azərbaycan dili” fənni üzrə imtahanın nəticələrini elan edib.

TQDK-dan “Report”a verilən xəbərə görə, imtahanda 1 096 abituriyent iştirak edib, 663 nəfər tələb olunan 15 və daha çox bal toplayaraq məqbul qiymət alıb.

Xatırladaq ki, bu il “Azərbaycan dili” fənni üzrə birinci imtahan mayın 1-də keçirilib. Həmin imtahanda 7 696 abituriyent iştirak edib, onlardan 6 476 nəfəri imtahanı müvəffəqiyyətlə verərək “məqbul” qiymət alıb.

Qəbul qaydalarına əsasən, mayın 1-də keçirilən imtahanda müxtəlif səbəblərə görə iştirak etməyən, habelə həmin imtahanda “qeyri-məqbul” qiyməti alan abituriyentlərə iyunun 12-də keçiriləcək “Azərbaycan dili” imtahanında iştirak etmək imkanı verilib.

Abituriyentlərə “Azərbaycan dili” fənnindən 30 test tapşırığı təqdim edilir. Hər düzgün cavab bir balla qiymətləndirilir. Səhv cavablar düzgün cavabların nəticəsinə təsir göstərmir. İmtahanın nəticəsi “məqbul” və ya “qeyri-məqbul”la qiymətləndirilir, “məqbul” alanlar qəbul imtahanlarına buraxılırlar. Abituriyentin “məqbul” alması üçün onun topladığı bal 15-dən az olmamalıdır.

Son xəbərlər

Orphus sistemi