Bakı. 1 mart. REPORT.AZ/ Rus bölməsinin abituriyentləri üçün Azərbaycan dili imtahanına (ali təhsil müəssisələrinin bakalavriat səviyyəsi və 11-illik təhsil bazasında orta ixtisas təhsili müəssisələri üçün) qeydiyyat başlanıb. "Report" Tələbə Qəbulu üzrə Dövlət Komissiyasına (TQDK) istinadən xəbər verir ki, qeydiyyat martın 31-nə kimi davam edəcək.
Xatırladaq ki, 1-ci imtahan mayın 1-də, 2-ci imtahan isə (1-ci imtahanda "qeyri-məqbul" alan və ya iştirak etməyən abituriyentlər üçün) iyunun 12-də olacaq.
Keçiddən istifadə edərək qeydiyyatdan keçmək mümkündür: