Rezidentura səviyyəsi üzrə boş qalan plan yerlərınə müsabiqənin nəticələri açıqlanıb

Rezidentura səviyyəsi üzrə boş qalan plan yerlərınə müsabiqənin nəticələri açıqlanıb Qəbul olan şəxslər tələb olunan sənədləri avqustun 3-dən 4-dək olan müddətdə müvafiq quruma təqdim etməklə qeydiyyatdan keçməlidirlər
Elm və təhsil
31 İyul , 2015 18:34
Rezidentura səviyyəsi üzrə boş qalan plan yerlərınə müsabiqənin nəticələri açıqlanıb

Bakı. 31 iyul. REPORT.AZ/ 2015/2016-cı tədris ili üçün rezidentura səviyyəsi üzrə boş qalan 28 plan yerinin müsabiqəsində iştirak etmək üçün 39 namizəd ərizə ilə müraciət edib. Tələbə Qəbulu üzrə Dövlət Komissiyasından (TQDK) "Report"a verilən məlumata görə, müsabiqə nəticəsində 14 namizəd rezidentura səviyyəsinə qəbul olub. Qəbul olmuş namizədlərin siyahısını təqdim edirik:

İş nömrəsi Topladığı bal Qəbul olduğu ixtisasın kodu
112748 105 336152
112758 100 339117
112820 98 361132
112898 87 361116
113106 96 313294
113383 103 311422
113434 95 346115
113437 119 313229
113524 86 311463
322203 96 355114
322236 91 361116
389903 99 311341
390093 96 339117
390113 85 361149

Rezidenturaya qəbul olanlar tələb olunan sənədləri 2015-ci il avqustun 3-dən 4-dək olan müddətdə müvafiq quruma:

- Azərbaycan Tibb Universiteti və digər tibb müəssisələrinə qəbul olmuş şəxslər Azərbaycan Respublikası Səhiyyə Nazirliyinə;

- Naxçıvan Dövlət Universitetinə qəbul olmuş şəxslər Naxçıvan Dövlət Universitetinə təqdim etməklə qeydiyyatdan keçməlidirlər.

Namizədin bu müddətdə qeydiyyatdan keçmə­məsi onun yerləşdirildiyi ixtisas üzrə təhsil almaqdan imtinası kimi qiymətləndiriləcək və o, qəbul olanlar siyahısından çıxarılacaq.

Son xəbərlər

Orphus sistemi