Reytinq siyahısında ilk on yeri tutan müəllimlərin əmək haqqı iki dəfə artırılacaq

Reytinq siyahısında ilk on yeri tutan müəllimlərin əmək haqqı iki dəfə artırılacaq Azərbaycan Dövlət İqtisad Universitetində müəllimlərin ilk reytinqi müəyyənləşib
Elm və təhsil
15 Dekabr , 2015 10:58
Reytinq siyahısında ilk on yeri tutan müəllimlərin əmək haqqı iki dəfə artırılacaq

Bakı. 15 dekabr. REPORT.AZ/ Azərbaycan Dövlət İqtisad Universitetində (UNEC) tətbiq edilən differensial əmək haqqı sistemi ilə əlaqədar yaradılan komissiya işini yekunlaşdırıb. UNEC-dən "Report"a verilən xəbərə görə, artıq komissiya tərəfindən sistemə daxil edilən məlumatların yoxlanması prosesi sona çatıb.

Sistem avtomatik olaraq müəllimlər arasında TOP 100 reytinqi müəyyənləşdirib. 2 ay ərzində bu sistemə 143 müəllimin elmi, tədris və özünüinkişaf fəaliyyətləri barədə məlumat daxil edilib.

Sistemin tətbiqində əsas məqsəd professor-müəllim heyəti arasında sağlam rəqabət mühitini formalaşdırmaq, onların işdən məmnunluq səviyyəsini yüksəltmək, eyni zamanda müəllimlərin fərdi və qrup məhsuldarlığını artırmaqdan ibarətdir. Bu da öz növbəsində UNEC-də tədris, elmi-tədqiqat və inzibati fəaliyyətlərin səmərəliliyini və keyfiyyətinın yüksəlməsinə xidmət edəcək.

2015-2016-cı tədris ili üzrə reytinq siyahısında 1-10-cu yerləri tutan müəllimlərin əmək haqqı 2 dəfə artırılacaq. 11-30-cu yerləri tutan müəllimlər üzrə bu göstərici 1,7 dəfə, 31-60-cı yerləri tutan müəllimlər üzrə 1,5 dəfə, 61-100-cü yerləri tutan müəllimlər üzrə 1,2 dəfə təşkil edəcək.

Qeyd edək ki, reytinq sistemi müəyyən edilərkən UNEC-in professor-müəllim heyətinin fəaliyyətinin üç istiqaməti əsas götürülüb. Bura onların elmi, tədris və özünüinkişaf fəaliyyətləri daxil edilib.

Son xəbərlər

Orphus sistemi