"Reklamlarda dil və üslub problemləri" mövzusunda elmi-praktik konfrans keçirilib

"Reklamlarda dil və üslub problemləri" mövzusunda elmi-praktik konfrans keçirilib Konfransda reklamların dili ilə bağlı müxtəlif istiqamətləri əhatə edən məruzələr dinlənilib
Elm və təhsil
9 Mart , 2016 15:52
Reklamlarda dil və üslub problemləri mövzusunda elmi-praktik konfrans keçirilib

Bakı. 9 mart. REPORT.AZ/ AMEA Nəsimi adına Dilçilik İn­stitutunda "Reklamlarda dil və üslub problemləri" mövzusunda elmi-praktik konfrans keçirilib. "Report" xəbər verir ki, tədbirdə Dilçilik İnstitunun direktoru Möhsün Nağısoylu, İnstitutun Monitorinq şöbəsinin müdiri Qulu Məhərrəmli, Azərbaycan Reklamçılar İttifaqının sədri Hacıəmi Atakişiyev, dilçi alimlər, media nümayəndələri və başqaları iştirak edib.

Direktor Möhsün Nağısoylu "Azərbaycan dilinin zamanın tələblərinə uyğun işlədilməsinə və ölkədə dilçiliyin inkişafına dair Dövlət Proqramı"nın yerinə yetirilməsi sahəsində görülən işlərdən söz açıb.

Sonra şöbə müdiri Qulu Məhərrəmli çıxış edib. O, ədəbi dilin mövcud problemləri və yol verilən xarakterik nöqsanlar haqqında, eləcə də "Qaynar xətt"in reklamların dilindəki norma pozuntularının qarşısının alınmasında rolundan danışıb.

Azərbaycan Reklamçılar İttifaqının sədri Hacıəmi Atakişiyev bildirib ki, açıq məkan (küçə) reklamlarında səhv tərcümələr və səhv ifadələr çoxdur: "Bəziləri reklamları xarici dillərdən, xüsusilə rus, türk, ingilis dili­ndən tərcümə edir, həmin reklamlar oxuya­nda başa düşülmür. Azərbaycan dilində reklamların yazılış qaydası yoxdur, göstərilmir, çünki belə mərkəz yoxdur, ona görə də kimə müraciət edilməsi məsələsi hələ də açıq qalır. Televiziya rekla­mlarının tərcümələri isə çox vaxt anlaşılmır: "Hərfi, söz tərcüməsindən istifadə edirlər, bu da bayağı alınır".

H.Atakişiyev qeyd edib ki, Azərbaycanda reklamların dil və üslub ­problemlərini tənzimləmək üçün müvafiq MMC-nin yaranmasına ehtiyac var: "Reklamları tənzimləmək üçün MMC yaransa, bazardakı reklamlarda dil problemi müəyyən dərəcədə həll olunar və reklamları insanlara lazımi formada çatdıra bilər".

Daha sonra reklamların dili ilə bağlı müxtəlif istiqamətləri əhatə edən məruzələr dinlənilib.

Son xəbərlər

Orphus sistemi