Ramil Baxtizin: "Azərbaycanın ali məktəbləri rusiyalı tələbələr üçün maraq kəsb edir"

Ramil Baxtizin: "Azərbaycanın ali məktəbləri rusiyalı tələbələr üçün maraq kəsb edir" Bakıda Azərbaycan və Rusiya ali təhsil müəssisələrinin forumu keçirilir
Elm və təhsil
19 Noyabr , 2015 12:06
Ramil Baxtizin: Azərbaycanın ali məktəbləri rusiyalı tələbələr üçün maraq kəsb edir

Bakı. 19 noyabr. REPORT.AZ/ "Rusiya və Azərbaycan ali məktəblərinin assosiasiyası təhsilin təşviqi və inkişafı üçün iki ölkənin potensialından daha səmərəli istifadə etməyə yardım edəcək". "Report" xəbər verir ki, bunu "ADA" Universitetinin rektoru Hafiz Paşayev Azərbaycan və Rusiya ali təhsil müəssisələrinin forumunun açılışında deyib.

H.Paşayev forumun Azərbaycan və Rusiya universitetləri arasındakı əlaqələrin gücləndirilməsi üçün təkan olacağına ümid etdiyini bildirib.

Sumqayıt Dövlət Universitetinin rektoru Elxan Hüseynov çıxışında qeyd edib ki, belə bir forumun keçirilməsi Azərbaycan və Rusiya universitetləri arasında təhsil sahəsində təcrübə mübadiləsi aparılmasına, tələbə mübadiləsinin reallaşdırılmasına və əlaqələrin möhkəmləndirilməsinə yaxşı imkan yaradacaq.

Ufa Dövlət Neft Texniki Universitetinin rektoru Ramil Baxtizan isə öz növbəsində, Azərbaycan və Rusiya xalqları arasındakı əlaqələrin qədim tarixə malik olduğunu xatırladaraq, Bakının neft elminin tarixi mərkəzi olduğunu bildirib. O, həmçinin Azərbaycanın ali məktəblərinin rusiyalı tələbələr üçün maraq daşıdığını qeyd edib.

Qeyd edək ki, Rusiya və Azərbaycan ali məktəblərinin Assosiasiyasının yaradılması haqqında memorandum sabah Bakıda imzalanacaq.

Son xəbərlər

Orphus sistemi