Qubada “Sosial Menecment Məktəbi” təlim kursları fəaliyyətə başlayıb

Qubada “Sosial Menecment Məktəbi” təlim kursları fəaliyyətə başlayıb Görüşdə Quba gəncləri ilə müxtəlif məsələlərlə bağlı müzakirələr aparılıb
Elm və təhsil
21 Oktyabr , 2015 14:58
Qubada “Sosial Menecment Məktəbi” təlim kursları fəaliyyətə başlayıb

Bakı. 21 oktyabr. REPORT.AZ/ Gənclər üçün Təhsil Mərkəzinin (GTM) Quba Regional Ofisi Şimal regionunda gənclərin elmi-mədəni, sosial-iqtisadi inkişaf fəaliyyəti çərçivəsində Quba şəhərində “Sosial Menecment Məktəbi”-nə start verib. Bu barədə “Report”a GTM-in mətbuat xidmətindən bildirilib.

Məlumata görə, “Sosial Menecment Məktəbi” təlim kurslarının keçirilməsində əsas məqsəd region gənclərinin inkişafına və inteqrasiyasına xidmət edən dövlət proqramlarını onların diqqətinə çatdırmaq, gənclərin ictimai fəaliyyətdə iştirakını artırmaq və hər zaman qayğı ilə əhatə olunduqlarını hiss etdirməkdir.

Gənclər üçün Təhsil Mərkəzinin Quba regional ofisinin rəhbəri İnqilab Fərzəliyev bildirib ki, bu gün Azərbaycanın siyasətində gənclərin bilavasitə iştirakı əsas prioritet hesab edilir: "Bu özlüyündə onu deməyə əsas verir ki, Azərbaycan dövləti gənc nəslə etibar edir. Mərkəz olaraq sizinlə görüşməkdə əsas məqsəd sizin ideya və təkliflərinizi bilavasitə özünüzdən eşidərək həyata keçirməkdir".

Görüşdə Quba gəncləri ilə azərbaycançılıq ideologiyasının təbliği və gənclərin və tələbələrin ictimai fəallığı, insan kapitalının inkişafı, gənclərin elmi fəaliyyəti, onların məşğulluğu, sahibkarlıq fəaliyyəti, Dağlıq Qarabağ münaqişəsi və s. məsələlərlə bağlı müzakirələr aparılıb.

Son xəbərlər

Orphus sistemi