Prezident: "Savadlılıq ekstremizmə, radikalizmə, nadanlığa qarşı bir səddir"

Prezident: "Savadlılıq ekstremizmə, radikalizmə, nadanlığa qarşı bir səddir" "Azərbaycanda savadlılığın səviyyəsi təxminən yüz faizdir"
Elm və təhsil
2 Oktyabr , 2016 20:42
Prezident: Savadlılıq ekstremizmə, radikalizmə, nadanlığa qarşı bir səddir

Bakı. 2 oktyabr. REPORT.AZ/ "Savadlılıq ekstremizmə, radikalizmə, nadanlığa qarşı bir səddir".

"Report" xəbər verir ki, bunu Heydər Əliyev Mərkəzində Roma Papası Fransiskin Azərbaycana səfəri ilə əlaqədar keçirilən mərasimdə çıxışı zamanı Prezident İlham Əliyev bildirib.

Dövlət başçısı Azərbaycanda savadlılıq səviyyəsinin təxminən yüz faiz olduğunu diqqətə çatdırıb:

"Biz, ümumiyyətlə, humanitar sahədə böyük işlər görürük, təhsilə böyük diqqət göstərilir. Azərbaycanda savadlılığın səviyyəsi təxminən yüz faizdir. Savadlılıq ekstremizmə, radikalizmə, nadanlığa qarşı bir səddir. Ona görə, Azərbaycanda təhsilin inkişafına böyük diqqət göstərilir".

O qey edib ki, "Azərbaycan zəngin mədəni irsə malikdir və bu, bizim cəmiyyətimizin əsasıdır. Biz milli mənəvi dəyərlərimizə çox sadiqik. Eyni zamanda, biz müasir, dünyəvi ölkəyik. Azərbaycan bu bölgədə müasirlik və inkişaf baxımından fərqlənən ölkələrdəndir".

Son xəbərlər

Orphus sistemi