Prezident İlham Əliyev və xanımı yeni inşa olunmuş məktəbin açılışında iştirak ediblər

Prezident İlham Əliyev və xanımı yeni inşa olunmuş məktəbin açılışında iştirak ediblər Prezident İlham Əliyev yeni dərs ili münasibətilə şagirdləri və müəllimləri təbrik edib
Elm və təhsil
15 Sentyabr , 2014 11:24
Prezident İlham Əliyev və xanımı yeni inşa olunmuş məktəbin açılışında iştirak ediblər

Bakı. 15 sentyabr. REPORT.AZ/ Azərbaycan prezidenti İlham Əliyev və xanımı Mehriban Əliyeva 15 sentyabr - Bilik Günündə Bakının Şağan qəsəbəsində yeni inşa edilmiş Füzuli Gözəlov adına 124 nömrəli tam orta məktəbin açılışında iştirak ediblər. Report xəbər verir ki, prezident İlham Əliyev əvvəlcə məktəbin rəmzi açılışını bildirən qırmızı lenti kəsib. Sonra dövlət başçısı və xanımı məktəbin yeni binasında yaradılan şəraitlə tanış olublar.

Prezidentə məlumat verilib ki, məktəbin 1961-ci ildə inşa edilmiş əvvəlki binası istifadəyə yararsız vəziyyətdə idi. Yeni tikilən 1560 şagird yerlik binada tədrisin yüksək səviyyədə aparılması üçün hər cür şərait yaradılıb.

Prezident İlham Əliyev yeni dərs ili münasibətilə şagirdləri və müəllimləri təbrik edib. Məktəbin kollektivi və rayon ictimaiyyətinin nümayəndələri dövlət başçısına minnətdarlıqlarını çatdırıblar.

Son xəbərlər

Orphus sistemi