​Prezident İlham Əliyev Əhməd Davudoğluna zəng edib

​Prezident İlham Əliyev Əhməd Davudoğluna zəng edib Dövlət başçısı Ədalət və İnkişaf Partiyasının parlament seçkilərində qələbəsi münasibətilə təbriklərini çatdırıb
Elm və təhsil
8 İyun , 2015 16:50
​Prezident İlham Əliyev Əhməd Davudoğluna zəng edib

Bakı. 8 iyun. REPORT.AZ/ Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev iyunun 8-də Türkiyə Respublikasının baş naziri Əhməd Davudoğluna telefonla zəng edib. “Report”un xəbərinə görə, bu barədə Azərbaycan Prezidentinin mətbuat xidməti məlumat yayıb.

Azərbaycan Respublikasının Prezidenti baş nazir Əhməd Davudoğluna rəhbərlik etdiyi Ədalət və İnkişaf Partiyasının parlament seçkilərində qələbəsi münasibətilə təbriklərini çatdırıb.

Türkiyə Respublikasının baş naziri göstərilən diqqətə və təbrikə görə Azərbaycan Respublikasının Prezidentinə minnətdarlığını bildirib.

Prezident İlham Əliyev və baş nazir Əhməd Davudoğlu iki ölkə arasında dostluq və qardaşlıq prinsiplərinə əsaslanan ikitərəfli münasibətlərin bundan sonra da yüksələn xətlə inkişaf edəcəyinə əmin olduqlarını bildiriblər.

Son xəbərlər

Orphus sistemi