​Portuqaliya liseylərində Azərbaycan multikulturalizmi fənni tədris oluna bilər

​Portuqaliya liseylərində Azərbaycan multikulturalizmi fənni tədris oluna bilər Bakı Beynəlxalq Multikulturalizm Mərkəzi Lusafona universitetində monitorinq keçirib
Elm və təhsil
8 Dekabr , 2015 00:14
​Portuqaliya liseylərində Azərbaycan multikulturalizmi fənni tədris oluna bilər

Bakı. 8 dekabr. REPORT.AZ/ Bakı Beynəlxalq Multikulturalizm Mərkəzi tərəfindən Portuqaliyanın Lusafona universitetində monitorinq keçirilib.

Bu barədə "Report"a Mərkəzdən məlumat verilib.

Monitorinqin keçirilməsində məqsəd universitetdə Azərbaycan multikulturalizmi fənninin tədrisi vəziyyətinin öyrənilməsi olub.

Monitorinqi həyata keçirən Bakı Slavyan Universitetinin əməkdaşı Ülviyyə Abbasova Lusafona universitetində Beynəlxalq Sahibkarlıq ofisinin direktoru Teresa do Rosario Domasio və direktorun muavini Elisabete Lourenco ilə görüşüb.

Teresa do Rosario gələcəkdə Azərbaycan multikulturalizmi fənninin Portuqaliyanın liseylərində də tədris edilməsini arzu etdiyini bildirib. 

Son xəbərlər

Orphus sistemi