Polşa səfiri BSU-da olub

Polşa səfiri BSU-da olub Görüşdə əməkdaşlığın gələcək perspektivləri müzakirə olunub
Elm və təhsil
17 Mart , 2016 21:15
Polşa səfiri BSU-da olub

Bakı. 17 mart. REPORT.AZ/ Bakı Slavyan Universitetinin (BSU) rektoru, professor Asif Hacıyev Polşanın Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Marek Tsalkanı qəbul edib.

Bu barədə "Report"a BSU-nun mətbuat xidmətindən bildirilib.

Görüş çərçivəsində əməkdaşlığın gələcək perspektivləri müzakirə olunub. Polşaşünaslıq üzrə təhsil alan tələbələrin bu dili daha mükəmməl mənimsəmələri üçün onların Polşada dil təcrübəsi keçmələri barədə müzakirələr aparılıb.

Marek Tsalka Polşa ilə Azərbaycan arasındakı əlaqələrdən danışıb. O bildirib ki, 2016-cı ildə Polşada görkəmli yazıçı Henrik Senkeviçin xatirəsinə Henrik Senkeviç İli elan olunub. Görüş zamanı Polşa səfirliyinin BSU-nun Polyak dili və mədəniyyəti mərkəzi ilə Senkeviç Günü çərçivəsində silsilə tədbirlər keçirməsi qərara alınıb.

Son xəbərlər

Orphus sistemi