"Peşə Təhsili üzrə Regional Məsləhət və Yardım Xidməti" ilk təlimlərinə yekun vurub

"Peşə Təhsili üzrə Regional Məsləhət və Yardım Xidməti" ilk təlimlərinə yekun vurub Təlim müddətində bir qrup gənc toxuculuq və dərzi peşələrinə yiyələniblər
Elm və təhsil
7 May , 2015 17:43
Peşə Təhsili üzrə Regional Məsləhət və Yardım Xidməti ilk təlimlərinə yekun vurub

Bakı. 7 may. REPORT.AZ/ Gənclər üçün Təhsil Mərkəzinin (GTM) Qarabağ Regional Ofisi və Ağcabədi rayon İcra Hakimiyyətinin birgə əməkdaşlığı çərçivəsində "Peşə Təhsili üzrə Regional Məsləhət və Yardım Xidməti" ilk təlimlərinə yekun vurub. GTM-dən "Report"a verilən məlumata görə, Ağcabədi rayonundakı Heydər Əliyev Mərkəzində davam edən 2 aylıq ilk təlim müddətində bir qrup gənc toxuculuq və dərzi peşələrinə yiyələniblər.

Xidmət çərçivəsində gənclərə toxuculuq, xalçaçılıq, rəssamlıq, kompüter, musiqi və digər ödənişsiz kurslar təşkil olunacaq, onlar bu sahədə həm nəzəri, həm də praktik biliklərə yiyələnəcəklər.

Qeyd edək ki, Peşə Təhsili üzrə Regional Məsləhət və Yardım Xidməti regionda əmək bazarının araşdırılmasına, texniki-peşə məktəblərinin mühəndis-pedaqoji heyətləri üçün ixtisasartırma kurslarının təşkil edilməsinə, regionda əmək bazarının tələblərinə uyğun olaraq peşələrin müəyyənləşdirilməsinə və tədrisinə yardım etmək məqsədilə yaradılıb.

Son xəbərlər

Orphus sistemi