Ötən ay Təhsil Nazirliyinin Vətəndaşlarla iş bölməsinə 13 minə yaxın müraciət daxil olub

Ötən ay Təhsil Nazirliyinin Vətəndaşlarla iş bölməsinə 13 minə yaxın müraciət daxil olub Müraciətlər daha çox ali təhsil sənədlərinin (diplomların) tanınması ilə bağlı olub
Elm və təhsil
2 İyun , 2016 12:45
Ötən ay Təhsil Nazirliyinin Vətəndaşlarla iş bölməsinə 13 minə yaxın müraciət daxil olub

Bakı. 2 iyun. REPORT.AZ/ Təhsil Nazirliyinin Telefon Məlumat Mərkəzinə (“Qaynar xətt” xidməti, telefon: 146) daxil olan zənglərlə və Vətəndaşların Qəbulu Mərkəzində may ayında vətəndaşlara göstərilən xidmətlərlə bağlı statistika açıqlanıb. Bu barədə "Report"a nazirliyin İctimaiyyətlə əlaqələr sektorundan məlumat verilib. 

Qeyd olunan müddət ərzində 12 499 müraciət daxil olub. Statistikaya əsasən, Telefon Məlumat Mərkəzinə 8 331 zəng (2013-cü ilin müvafiq dövrü ilə müqayisədə 8,5 dəfə çox, 2014-cü ilin müvafiq dövrü ilə müqayisədə 2 dəfə çox, 2015-ci ilin müvafiq dövrü ilə müqayisədə təxminən eyni) daxil olub.

Vətəndaşların Qəbulu Mərkəzində isə bu dövrdə 4 168 vətəndaşa xidmət göstərilib.

Telefon Məlumat Mərkəzinə və Vətəndaşların Qəbulu Mərkəzinə daxil olmuş müraciətlərin (əsasən sorğu xarakterli olub) əksəriyyəti dərhal cavablandırılıb və operativ həll olunub. Vətəndaşların Qəbulu Mərkəzində 1 399 sənəd (752 məktub, 447 ərizə, 200 digər sənəd) qəbul olunub və qeydiyyata alınıb.

Daxil olan müraciətlərdə daha çox ali təhsil sənədlərinin (diplomların) tanınması (nostrifikasiya), müəllimlərin yerdəyişməsi və işə qəbulu, ümumİ təhsil məktəblərinin I siniflərinə qəbul, tələbələrin yerli ali təhsil müəssisələrinə köçürülməsi və bərpası, təhsil haqqından azad olunması ilə bağlı məsələlər əksini tapıb.

Qeyd edək ki, Telefon Məlumat Mərkəzinə ötən ay ərzində ən çox həftənin bazar ertəsi (1 859 zəng) və çərşənbə (1 836 zəng) günləri əsasən saat 10:00-dan 12:30-dək və 14:00-dan 16:00-dək müraciət olunub. Vətəndaşların Qəbulu Mərkəzinə isə ən çox həftənin çərşənbə axşamı (1 130 müraciət) və çərşənbə (814 müraciət) günləri əsasən saat 11:00-dan 13:00-dək və 14:00-dan 16:00-dək müraciət edilib.

Son xəbərlər

Orphus sistemi