Bakı. 22 iyul. REPORT.AZ/
Ümumi orta təhsil bazasında orta ixtisas təhsili müəssisələrinə qəbul olanlar 2015-ci il iyulun 23-dən 31-dək tələb olunan sənədləri təqdim etməklə qəbul olduqları təhsil müəssisəsində qeydiyyatdan keçməlidirlər. Abituriyentin göstərilən müddətdə qeydiyyatdan keçməməsi onun müvafiq ixtisasa yerləşdirilməkdən imtina etməsi kimi qiymətləndiriləcək və o, qəbul olanlar siyahısından xaric ediləcək.