Azərbaycanda 12 orta məktəbin tikintisi başa çatdırılıb

Azərbaycanda 12 orta məktəbin tikintisi başa çatdırılıb Daha bir neçə məktəb binasının təməli qoyulacaq
Elm və təhsil
2 Sentyabr , 2015 17:00
Azərbaycanda 12 orta məktəbin tikintisi başa çatdırılıb

Bakı. 2 sentyabr. REPORT.AZ/ Sentyabr və oktyabr aylarında Gədəbəydə Moruxlu, Bərdədə Türkmənkənd, Kürdəmirdə Atakişili, Şəkidə Qaratorpaq, Lerikdə Anbu, Zaqatalada Yengiyan, Şamaxıda Şərədil, Astarada Artupa və Sım, Cəlilabadda İncilli, Qubada Əspərasti və Məckə-Xacə kənd tam orta məktəblərinin tikintisinin başa çatdırılması və təhvil verilməsi nəzərdə tutulub. Bu barədə "Report"a Təhsil Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.

Məlumata görə, Şəmkir şəhərində Nizami Gəncəvi adına məktəbin, Lənkəranda oğlanlar üçün ailə tipli kiçik qrup evlərinin tikintisi yekunlaşdırılacaq, Qəbələdə peşə məktəbinin təməli qoyulacaq.

Yeni tədris ili ərəfəsində əsaslı təmir olunan bir sıra təhsil müəssisələri də müəllim və şagirdlərin istifadəsinə veriləcək. Belə ki, Balakən rayonu Ümumi orta internat məktəbinin, Bakı Dövlət İqtisadiyyat və Humanitar Kollecinin tədris binasının, İ.M.Seçenov adına Birinci Moskva Tibb Universitetinin tədris korpusunun, Bakı Texniki Kollecinin, Bakı Rabitə və Nəqliyyat Kollecinin, Kimya-biologiya təmayüllü Respublika liseyinin, Bakı şəhəri Xəzər rayonu valideyn himayəsindən məhrum olan uşaqlar üçün 2 nömrəli ümumi orta internat məktəbinin əsaslı təmiri artıq yekunlaşıb.

Təhsil Nazirliyi Sabirabad şəhəri 5 nömrəli tam orta məktəbin texnologiya müəllimi Əhliman Hüseynovun ailəsi üçün tikilmiş evi də sentyabrda təhvil verəcək.

Qeyd edək ki, yeni təhsil müəssisələrinin tikintisi əsasən bölgələri əhatə edir.

Son xəbərlər

Orphus sistemi