"Nobel" mükafatçısı Corc Smut Dövlət Neft və Sənaye Universitetində olub

"Nobel" mükafatçısı Corc Smut Dövlət Neft və Sənaye Universitetində olub O, tələbə-müəllim heyəti qarşısında çıxış edib
Elm və təhsil
12 Noyabr , 2015 15:07
Nobel mükafatçısı Corc Smut Dövlət Neft və Sənaye Universitetində olub

Bakı. 12 noyabr. REPORT.AZ/ Amerikalı alim, "Nobel" mükafatçısı Corc Smut Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin (ADNSU) qonağı olub.

ADNSU-nun mətbuat xidmətindən "Report"a verilən məlumata görə, onunla görüşdə çıxış edən rektor Mustafa Babanlı dünya şöhrətli fizikin unuversitetdə olmasını tələbə və alimlərin gələcək elmi fəaliyyətlərində irəliyə doğru atılan addımlar sırasında mühüm hadisə kimi dəyərləndirib.

Universitetin professor-müəllim heyəti və tələbələri ilə keçirilən görüşdə C.Smut həyatının əsas ideyası hesab etdiyi ən böyük kəşfi - "Böyük partlayış nəzəriyyəsi" ətrafında çıxış edib. C.Smut "Böyük partlayış nəzəriyyəsi"nə istinad edərək hər bir elmin əsasında ciddi, davamlı tədqiqatın dayandığını bildirib. O bildirib ki, yalnız bu cür elmi araşdırmalar kainatda insanın yaranması, eləcə də bəşəriyyətin gələcəyi haqda yeni fikirlər söyləməyə imkan verir. O, həmçinin vurğulayıb ki, yeni texnologiyalar və biliklər vasitəsilə enerjinin alınması, onun formasını dəyişməsi və daha sonra hansı formada olacağını öyrənmək mümkündür.

C.Smut, həmçinin neft və qazın mənşəyini öyrənmək və gələcəkdə onun hansı yeni enerji növləri ilə əvəz oluna biləcəyini tədqiq etmək üçün müasir laboratoriyalara ehtiyac olduğunu qeyd edib. Daha sonra Corc Smut müəllim və tələbələrin suallarını cavablandırıb.

Son xəbərlər

Orphus sistemi