Nizami Gəncəvi adına qızıl medala namizədlər seçilib

Nizami Gəncəvi adına qızıl medala namizədlər seçilib Qərarın icrasına nəzarət AMEA-nın prezidenti, akademik Akif Əlizadəyə həvalə edilib
Elm və təhsil
15 Aprel , 2015 17:06
Nizami Gəncəvi adına qızıl medala namizədlər seçilib

Bakı. 15 aprel. REPORT.AZ/ Nizami Gəncəvi adına qızıl medala namizədlər seçilib və onlar haqqında müvafiq rəylər AMEA Rəyasət Heyətinə təqdim edilib. Bu barədə "Report"a AMEA-dan məlumat verilib.

Belə ki, mədəniyyət və incəsənət sahəsində mühüm əhəmiyyətli fundamental və tətbiqi elmi nəticələrinə görə AMEA-nın həqiqi üzvü, xalq artisti Arif Məlikov və dünya elminin, habelə Azərbaycan-Rusiya elmi əlaqələrinin inkişafında xüsusi xidmətlərinə görə Rusiya Elmlər Akademiyasının həqiqi üzvü, fizika üzrə Nobel mükafatı laureatı Jores İvanoviç Alfyorovun Nizami Gəncəvi adına qızıl medalla təltif edilməsi qərara alınıb.

Qərarın icrasına nəzarət AMEA-nın prezidenti, akademik Akif Əlizadəyə həvalə edilib.

Nizami Gəncəvi adına qızıl medal 2014-cü ildə təsis edilib. Qızıl medalla Azərbaycan Respublikasının vətəndaşları və əcnəbilər ildə bir dəfə mühüm fundamental və tətbiqi elmi nəticələrə, əsərlərə, kəşflərə, ixtiralara, habelə elmin inkişafında xüsusi xidmətlərə görə təltif edilirlər.

Son xəbərlər

Orphus sistemi