Nizami Gəncəvi adına qızıl medala layiq görülən alimlərin adları açıqlanıb

Nizami Gəncəvi adına qızıl medala layiq görülən alimlərin adları açıqlanıb Bunlar Lütfi Zadə və Böyükkişi Ağayevdir
Elm və təhsil
20 Aprel , 2016 15:49
Nizami Gəncəvi adına qızıl medala layiq görülən alimlərin adları açıqlanıb

Bakı. 20 aprel. REPORT.AZ/ "Azərbaycan Respublikasının Nizami Gəncəvi adına Qızıl medalı"na iki alim layiq görülüb. Bu barədə "Report"a Azərbaycan Milli Elmlər Akademiyasının mətbuat xidmətindən məlumat verilib.

Məlumata görə, "Azərbaycan Respublikasının Nizami Gəncəvi adına Qızıl medalı"na dünya şöhrətli azərbaycanlı alim Lütfi Zadə (Lütfi Rəhim oğlu Ələsgərzadə) və akademik Böyükkişi Ağa oğlu Ağayev layiq görülüblər.

L.Zadə qeyri-səlis çoxluqlar və məntiq nəzəriyyəsinin yaradılması və inkişafındakı misilsiz xidmətlərinə görə, B.Ağayev isə Azərbaycan tibb elminin inkişafındakı xidmətlərinə – Azərbaycanda qara ciyər, öd yolları, vəzialtı xəstəliklərində rekonstruktiv və bərpaedici əməliyyatların təkmilləşdirilməsi və tətbiqi sahəsindəki nailiyyətlərə görə bu ali mükafata sahib olublar.

Bu haqda qərar aprelin 20-də AMEA Rəyasət Heyətinin iclasında qəbul olunub. Tədbirdə “Azərbaycan Respublikasının Nizami Gəncəvi adına Qızıl medalı” müsabiqəsinin nəticələri elan edilib, adları çəkilən alimlərin medalla təltif olunmaları və namizədlərə 10 min manat məbləğində pul mükafatının verilməsi barədə qərar qəbul olunub.

AMEA prezidenti, akademik Akif Əlizadə sözügedən medalla təltif etmək səlahiyyətinin ölkə başçısının 27 iyun 2014-cü il tarixli fərmanı ilə Akademiyaya verildiyini bildirib. Qeyd olunub ki, müsabiqədə iştirak etmək üçün adları irəli sürülmüş alimlər haqqında təqdimatlar müvafiq sənədlərlə birlikdə Ekspert Komissiyasına təqdim olunub. Komissiyanın bu il keçirilən yekun iclasında qızıl medala namizədlər seçilib və onlar haqqında müvafiq rəylər Rəyasət Heyətinə təqdim edilib.

Son xəbərlər

Orphus sistemi