Nəticələrindən narazı qalan rezidentlərin müraciətlərinə baxılması üçün Apellyasiya Komissiyası yaradılıb

Nəticələrindən narazı qalan rezidentlərin müraciətlərinə baxılması üçün Apellyasiya Komissiyası yaradılıb Namizədlər Apellyasiya Komissiyasına aprelin 4-dən 6-dək müraciət edə bilərlər
Elm və təhsil
4 Aprel , 2016 08:31
Nəticələrindən narazı qalan rezidentlərin müraciətlərinə baxılması üçün Apellyasiya Komissiyası yaradılıb

Bakı. 4 aprel. REPORT.AZ/ 2016/2017-ci tədris ili üçün baza ali tibb təhsili əsasında rezidenturaya qəbul imtahanının aprelin 3-də keçirilən birinci mərhələsi ilə (baza fənləri üzrə) əlaqədar namizədlərin müraciətlərinə baxılması üçün Tələbə Qəbulu üzrə Dövlət Komissiyasında Apellyasiya Komissiyası yaradılıb.

Bu barədə "Report"a TQDK-nın mətbuat xidmətindən məlumat verilib.

Apellyasiya Komissiyası Bakı şəhəri, Abdulvahab Salamzadə küçəsi, 28 ünvanında (Bakı Asiya Universitetinin binasında) fəaliyyət göstərir.

Namizədlər Apellyasiya Komissiyasına aprelin 4-dən 6-dək saat 10.00-dan 17.00-dək şəxsiyyəti təsdiq edən sənədin əslini və surətini təqdim etməklə şəxsən müraciət edə bilərlər. 

Xatırladaq ki, imtahan Bakı şəhərində 2, Naxçıvan şəhərində isə 1 binada aparılıb. İmtahan prosesinin idarə olunması üçün Komissiyada operativ qərargah fəaliyyət göstərmiş və imtahanın gedişinə nəzarət olunub.

Qeyd edək ki, bu gündən etibarən Komissiyada imtahan protokolları və cavab kartlarının emalı aparılacaq və nəticələr yaxın günlərdə elan olunacaq. Nəticələr elan olunduqdan sonra namizədlər imtahan nəticələri ilə TQDK-nın internet saytında və ya iş nömrələrini bütün mobil operatorlardan 7727 nömrəsinə göndərməklə tanış ola biləcəklər.

Son xəbərlər

Orphus sistemi