Bakı. 28 sentyabr. REPORT.AZ/ Oksford Universitetinin Nizami Gəncəvi Mərkəzinin rəhbərləri professor Nərgiz Paşayeva və həmkarı, Oksford və Nyu York Universitetlərinin professoru Robert Hoyland, Britaniyanın Ekseter Universitetinin professoru, Robert Qliv (
"Report" xəbər verir ki, bu görüşün əsas məqsədi Britaniyada təsis edilmiş və qeydiyyatdan keçmiş (qeydiyyat nömrəsi 1169381) yeni fondun - The British Foundation for the Study of Azerbaijan and the Caucasus, Azərbaycanı və Qafqazı öyrənən Britaniya fondunun rəsmi təqdimatı üçün hazırlıq işlərini müzakirə etmək olub. Xatırladaq ki, Britaniya Fondunun yaradılması prof N.Paşayevanın və prof R.Hoylandın təşəbbüsü idi. Bu il mayın 25-də Britaniyanın Lordlar Palatasında keçirilən xüsusi tədbirdə Qəyyumlar Şurası və sədr müəyyənləşdirilmişdir. Bu haqda AZƏRTAC məlumat yaymışdır:
Professor Qliv haqqında demək olar ki o, İslamın şiəlik təriqətinin Orta Əsrlər dövründə tədqiqi üzrə Britaniyanın məşhur alimlərindən biri hesab olunur. Onun rəhbərlik etdiyi və üzvü olduğu bir çox təşkilatlar arasında Böyük Britaniyanın Farsşünaslıq İnstitutu (
Söhbət zamanı professor R.Hoyland və professor N.Paşayeva, qonağa Fondun Qəyyumlar Şurasına üzv olduğu üçün minnətdarlığını bildirdilər. Azərbaycanı və Qafqaz bölgəsini hərtərəfli öyrənməkdə mühüm vasitəyə çevriləcək Fondun qarşısında böyük vəzifələr qoyulduğunu, onun fəaliyyətinin uzunmüddətli məqsədlərə xidmət edəcəyini qeyd ediblər. Prof R.Hoyland qeyd etdi ki, 2013-cü ildə N.Paşayevanın təşəbbüsü ilə Oksford Universitetində Nizami Gəncəvi Mərkəzi (
Professor N.Paşayeva Azərbaycana, onun qədim tarixi-mədəni irsinə göstərdiyi marağa görə hörmətli alimə öz minnətdarlığını bildirib. O, Britaniya Fondunun yaradılmasının mədəni-tarixi zərurət olduğunu bir daha qeyd edərək bu mühüm hadisənin Azərbaycan Demokratik Respublikasının 100 illik yubileyi ərəfəsinə təsadüf etməsini xüsusi bir töhvə kimi nəzərə çatdırıb. Professor R.Qlivin Cənubi Azərbaycana olan xüsusi marağını təqdir edən N.Paşayeva, artıq vətən tarixi dedikdə Böyük Azərbaycanın, həm bugünkü Azərbaycan Respublikasının həm də Cənubi Azərbaycanda yaşayan azərbaycanlıların tarixinin elmi əsaslarda öyrənilməsinin vacib olduğunu bildirib.
Beləliklə, alimlər Fondun rəsmi təqdimatı üçün indiyədək görülmüş və bundan sonra nəzərdə tutulan işləri müzakirə ediblər.
Günün ikinci yarısında, Oksford Universitetinin Nizami Gəncəvi mərkəzinin elmi-tədris planina daxil olan tərcümə işinin müzakirəsi aparılıb. Qeyd edək ki, Mərkəz tərəfindən nəşrə hazırlanan “Dahi Azərbaycan şairi Nizami” (Y.Bertels) kitabının Oksford Universitetinin Şərqşünaslıq İnstitutunun alimləri tərəfindən ingilis dilli versiyasının təqdimatı üçün XIX əsrdə yaşayıb yaratmış məşhur britaniyalı rəssam Lord Leytonun Ev Muzeyi (
Həmin gün N.Paşayeva və R.Hoyland Londonda yerləşən “Qilqameş” Nəşriyyat Evinin (
N.Paşayeva müzakirə zamanı dedi: "Əfsuslar olsun ki, 1940-cı ildən bəri məşhur alim, Qərbdə böyük nüfuza malik Y.Bertelsin əsəri nəinki ingilis dilində hətta rus dilində belə yenidən nəşr edilməmişdir. “Böyük Azərbaycan Şairi Nizami” əsəri ilə Bertles Azərbaycan tarixinə, elminə, mədəniyyətinə, irsinə, eləcə də milli maraqlara, yetkinliyə və qürura böyük töhvə vermiş oldu. Bunu dərk və etiraf etmək üçün kitabın adına diqqət yetirmək kifayətdir. Dünya şöhrətli şərqşünasın kitabı bu gün də müəyyən dərəcədə mübahisəli olan məqamları – Nizami irsinin həqiqi ünvanını elmi dəlillərlə, obyektiv tədqiqat metodları, qəbul edilmiş nəzəri kontekstdə doğru müəyyən edir və həll edir. Belə ki, məhz Bertels ilk dəfə Nizamini Azərbaycan şairi kimi elmi dünyaya təqdim etmişdir. Nə gözəl ki, 1940-cı ildə yazılan bu kitab bu gün Oksford Universitetinin Nizami Gəncəvi elmi mərkəzində tərcümə edilib çapa hazırlanır. Ümidvaram ki, bu hadisənin nə dərəcədə əhəmiyyətli olduğunu dərk etməmək mumkün deyil".
Qeyd edək ki, Lord Leyton (1878-1896) məşhur ingilis rəssamı və heykəltaraşı olub. O dövrün məşhur incəsənət ustaları Eduard von Steyne və Ciovanni Kostadan rəssamlıq dərsi alan Lord Leyton bir müddət İtaliyada çalışdıqdan sonra 1860-cı illərdə Londona qayıdaraq Rafaelə qədərki dövrün rəssamlıq üslubunda yaradıcılığa başlamışdır. 1900-cu ildə Parisdə keçirilən dünyaşöhrətli Paris Rəssamlıq Sərgisində Böyük Britaniyanı Lord Leyton təmsil edib. O, 1878 ildən Kral İncəsənət Akademiyasının prezidenti vəzifəsində çalışmış və 1896-cı ildə Kraliça Viktoriya tərəfindən Lord tituluna layiq görülmüşdür. Ümumiyyətlə Lord Leyton Britaniyada Kraliça Viktoriya dövründə təsviri incəsənətin əsaslarını qoyan rəssam kimi tanınır. Onun yaşadığı və rəssam kimi işlədiyi evi və emalatxanası olan bu yer bu gün Böyük Britaniyanın XIX əsrdən qalan incilərindən biri sayılır. Şəxsi həyatı haqqında çox az məlumat olan dahi rəssam İngiltərənin Milli Qalereyasında müasir Teyt Muzeyində və Kral İncəsənət Akademiyasında təmsil olunan ən məşhur rəssam və heykəltaraşlar arasındadır. Deyilənlərə görə Lord Leyton Britaniyada lord titulu ilə təltif edilmiş yeganə rəssamdır.