Nazirliyin şöbə müdiri: "Azərbaycanda valideynlərin rus bölməsinə marağı artıb"

Nazirliyin şöbə müdiri: "Azərbaycanda valideynlərin rus bölməsinə marağı artıb" Aydın Əhmədov: Valideyn məktəb və tədris dilini seçməkdə tam azaddır"
Elm və təhsil
14 İyul , 2016 13:30
Nazirliyin şöbə müdiri: Azərbaycanda valideynlərin rus bölməsinə marağı artıb

Bakı. 14 iyul. REPORT.AZ/ "Əvvəllər şagirdlərin rus bölməsi üzrə əhatə dairəsi 6 faizdən biraz yuxarı idisə, hazırda bu göstərici 14-15 faizə çatıb". 

"Report" xəbər verir ki, bunu Təhsil Nazirliyinin Məktəbəqədər və ümumtəhsil şöbəsinin müdiri Aydın Əhmədov jurnalistlərə deyib.

Onun sözlərinə görə, buna səbəb Azərbaycanda valideynlərin rus bölməsinə marağının əvvəlki illərlə müqayisədə nisbətən artmasıdır: "Valideyn məktəb və tədris dilini seçməkdə tam azaddır. Bu, valideynlərin öz hüququdur".

Şöbə müdiri vurğulayıb ki, rus bölməsinin təşkili üçün hər bir məktəbə fərdi qaydada baxmaq lazımdır: "Həmin məktəbdə rus bölməsi açılır ki, orada buna imkan var. İmkan olmayan yerdə bölməni açmaq mümkün deyil”.

Son xəbərlər

Orphus sistemi