Nazirlər Kabineti yanında Tərcümə Mərkəzi uşaqlar üçün ensiklopediya hazırlayır

Nazirlər Kabineti yanında Tərcümə Mərkəzi uşaqlar üçün ensiklopediya hazırlayır Ensiklopediyanın birinci cildi 2016-cı ilin əvvəlində oxuculara təqdim olunacaq
Elm və təhsil
22 Dekabr , 2015 11:20
Nazirlər Kabineti yanında Tərcümə Mərkəzi uşaqlar üçün ensiklopediya hazırlayır

Bakı. 22 dekabr. REPORT.AZ/ Azərbaycan Respublikasının Nazirlər Kabineti yanında Tərcümə Mərkəzi "Hər suala bir cavab" adlı ensiklopediya tərtib edir.

Mərkəzdən "Report"a bildirilib ki, təxminən on cilddən ibarət olacaq ensiklopediyada orta məktəb şagirdlərinə, eləcə də yeniyetmələrə lazım olan məlumatlar toplanacaq.

Ensiklopediyanın hazırlanmasında müxtəlif xarici mənbələrdən istifadə olunub. Azərbaycana dair məlumatların isə ayrıca bir cilddə nəşri nəzərdə tutulub.

Ensiklopediyanın birinci cildi 2016-cı ilin əvvəlində oxuculara təqdim olunacaq.

Son xəbərlər

Orphus sistemi