Nazir: "Şagirdlərin yay tətillərini keçirməsi məsələlərinə baxırıq"

Nazir: "Şagirdlərin yay tətillərini keçirməsi məsələlərinə baxırıq" "Yeni strategiyada yay düşərgələrinin təşkili də nəzərdə tutulub"
Elm və təhsil
9 İyun , 2015 11:01
Nazir: Şagirdlərin yay tətillərini keçirməsi məsələlərinə baxırıq

Bakı. 9 iyun. REPORT.AZ/ "Təhsil Nazirliyi Prezident İlham Əliyevin tapşırığı ilə Xocasəndə müasir kampus tipli Pedaqoji Universitetin tikilməsi üçün hazırlıq işlərinə başlayıb". "Report" xəbər verir ki, bunu təhsil naziri Mikayıl Cabbarov jurnalistlərə açıqlamasında deyib.

Nazirin sözlərinə görə, bu işlərə bir il bundan əvvəl start verilib: "Artıq ərazinin master planı da hazırdır. Plana əsasən memarlar müxtəlif eskizlər təqdim edəcəklər. Pedaqoji Universitet bizim üçün çox mühüm rol oynayır. Çünki ora həm təhsil ocağı, həm də gələcəyin müəllimlərini yetişdirən universitetdir. Bu səbəbdən ilk olaraq bu universitetdən başladıq”.

M.Cabbarov, həmçinin Təhsil Nazirliyinin tabeliyində quruma məxsus yay düşərgələrinin olmamasından da danışıb: "Ona görə də hazırda nazirlik olaraq məktəbdənkənar fəaliyyət mexanizminin yollarını və digər aidiyyatı qurumlarla əməkdaşlıq edərək şagirdlərin asudə vaxtını, o cümlədən yay tətillərini keçirməsi məsələlərinə baxırıq".

O bildirib ki, təhsillə bağlı qəbul edilən yeni strategiyada yay düşərgələrinin təşkili məsələsi yer alıb: "Bununla bağlı prezidentin təşəbbüsü ilə bu istiqamətdə müxtəlif işlər görülür. Yeni strategiyada yay düşərgələrinin təşkili də nəzərdə tutulub. Ümumiyyətlə, yay düşərgələri dedikdə şagirdlərin asudə vaxtını, yay tətilini səmərəli keçirməsi nəzərdə tutulur. Gələcəkdə yay düşərgəsi infrastrukturunun müasirləşdirilməsi məsələsinə də baxacağıq".

Son xəbərlər

Orphus sistemi