Nazir: "Azərbaycanda məzunlarla ali təhsil müəssisələri arasında əlaqələr sıx deyil"

Nazir: "Azərbaycanda məzunlarla ali təhsil müəssisələri arasında əlaqələr sıx deyil" "Gələcəkdə bu iş daha da gücləndirilməlidir"
Elm və təhsil
23 May , 2015 14:26
Nazir: Azərbaycanda məzunlarla ali təhsil müəssisələri arasında əlaqələr sıx deyil

Bakı. 23 may. REPORT.AZ/ "Təəssüflər olsun ki, bu gün Azərbaycanda bir çox hallarda məzunlarla ali təhsil müəssisələri arasında əlaqələr lazımi qədər sıx deyil". "Report " xəbər verir ki, bunu Azərbaycan tələbələrinin əmək yarmarkasında təhsil naziri Mikayıl Cabbarov deyib.

Nazir qeyd edib ki, təhsil sisteminin səmərəliliyi onun məzunlarının ölkənin sosial-iqtisadi inkişafına verə biləcəyi töhfədən asılıdır: "Bizim məzunların bilik və bacarıqlarına əmək bazarında duyulan ehtiyac bizim fəaliyyətimizin göstəricisidir. Ali təhsil müəssisələri ilə apardığımız işdə əsas prioritetlərindən biri məzunların işlə təminatının diqqət mərkəzində saxlanılması, məzunların öz ixtisasları üzrə əmək bazarında iş yeri tapmasıdır. Gələcəkdə bu iş daha da gücləndirilməlidir".

M.Cabbarovun sözlərinə görə, Təhsil Nazirliyi gələcəkdə ali təhsil müəssisələri ilə işəgötürənlər arasında görüşləri bu formatda deyil, dəyirmi masa formatında, davamlı xarakter daşımasının tərəfdarıdır.

Son xəbərlər

Orphus sistemi