​İyulda Naxçıvanda beynəlxalq konfrans keçiriləcək

​İyulda Naxçıvanda beynəlxalq konfrans keçiriləcək Naxçıvan qalaları müzakirə olunacaq
Elm və təhsil
29 Mart , 2016 14:06
​İyulda Naxçıvanda beynəlxalq konfrans keçiriləcək

Bakı. 29 mart. REPORT.AZ/ Bu ilin 8-10 iyul tarixlərində AMEA Naxçıvan Bölməsində “Naxçıvan qalaları: tarixdə və günümüzdə” mövzusunda beynəlxalq konfrans keçiriləcək.

"Report" xəbər verir ki, konfrans Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Yanında Bilik Fondu, AMEA Naxçıvan Bölməsi, Naxçıvan Dövlət Universiteti, “Naxçıvan” Universiteti və Naxçıvan Müəllimlər İnstitutunun təşkilatçılığı ilə olacaq.

Konfrans tarix, coğrafiya, arxeologiya, etnoqrafiya, folklor, dilçilik, ədəbiyyat, turizm, mədəniyyət, memarlıq və incəsənət istiqamətləri üzrə keçiriləcək.  

Son xəbərlər

Orphus sistemi