“Naviqator” layihəsinin ilk seminarı keçirilib

“Naviqator” layihəsinin ilk seminarı keçirilib Layihə əsas məqsəd olaraq qəbul proqramına hazırlıq ərəfəsində olan şagirdlərə motivasiya verilməsi və özgüvənin aşılanmasıdır
Elm və təhsil
10 Yanvar , 2016 22:18
“Naviqator” layihəsinin ilk seminarı keçirilib

Bakı. 10 yanvar. REPORT. AZ / Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fondunun maliyyə dəstəyi ilə həyata keçirilən “Naviqator” layihəsi çərçivəsində ilk seminar keçirilib.

"Report" xəbər verir ki, tədbir Bakı şəhəri A.S. Loginov adına 8 №-li tam orta məktəbdə baş tutub. Tədbirin rəsmi hissəsində Gənclər Fondunun fəaliyyətindən, Prezident İlham Əliyevin yürütdüyü gənclər siyasətindən, bu sahədə həyata keçirilən layihələrdən danışılıb.

Layihə əsas məqsəd olaraq qəbul proqramına hazırlıq ərəfəsində olan şagirdlərə motivasiya verilməsi və özgüvənin aşılanması, müxtəlif ixtisaslar haqda ətraflı məlumat vermək, əmək bazarında tələbat yaradan ixtisaslar haqqında onları məlumatlandırmaq, gələcəkdə hansı ixtisasların daha çox ön planda olacağını göstərmək, onlara Azərbaycanda mövcud olan universitetlər və fakültələr haqda ətraflı məlumat vermək və ən əsası da uğurlu karyeraya təşviqi hədəfləyir. Layihə “Seçiminiz gələcəyinizdir!” şüarı ilə bu istiqamətdə təşkil olunmuş seminarlar silsiləsini əhatə edir.

Qeyd edək ki, “Naviqator” layihəsi çərçivəsində keçirilən ilk seminar gənclər tərəfindən böyük maraqla qarşılanıb. Seminarın sonunda iştirakçılara sertifikatlar təqdim olunub və xatirə şəkillər çəkdirilib.

Layihə çərçivəsində növbəti seminar yanvarın14-də keçiriləcək.

Son xəbərlər

Orphus sistemi