Müəllimlərin maaşlarının hansı qaydada artırılacağı məsələlərinə aydınlıq gətirilib

Müəllimlərin maaşlarının hansı qaydada artırılacağı məsələlərinə aydınlıq gətirilib "Hazırda bu istiqamət üzrə iş aparılır"
Elm və təhsil
26 Yanvar , 2015 13:26
Müəllimlərin maaşlarının hansı qaydada artırılacağı məsələlərinə aydınlıq gətirilib

Bakı. 26 yanvar. REPORT.AZ/ "İndiki halda müəllimlərin əmək haqqı onların təhsili və iş staji ilə ölçülür. Gələcəkdə isə diferensial əmək haqqı sisteminin - nəticəyönümlü, rəqabət əsaslı - yaradılması nəzərdə tutulur". "Report" xəbər verir ki, bunu Təhsil Nazirliyinin İnsan resursları şöbəsinin müdir müavini İlham Nağıyev bugünkü mətbuat konfransında "Azərbaycan Respublikasında Təhsilin İnkişafı üzrə Dövlət Strategiyası”nın icrası ilə bağlı Tədbirlər Planında müəllimlərin əmək haqqı ilə bağlı nəzərdə tutulan məsələlərə münasibət bildirərkən deyib.

Onun sözlərinə görə, artıq müəllimlərin əmək haqqına onların təhsili və bilik səviyyəsi deyil, müəyyən nəticələri də təsir edəcək: "Hazırda bu istiqamət üzrə iş aparılır".

Müəllimlərin əmək haqlarının nə qədər artırılacağı məsələsinə toxunan nazirlik rəsmisi deyib ki, indi bu barədə konkret rəqəm vermək mümkün deyil: "Məktəblərdə dərs yükü norması 18 saat təyin edildiyindən sonra normaya uyğun olaraq əmək haqqı hesablanacaq. Fevral ayında müəllimlər əlavələrlə artım olan əmək haqqını alacaqlar".

Təhsil Nazirliyinin Məktəbəqədər və ümumi təhsil şöbəsinin müdiri Aydın Əhmədov deyib ki, 1992-ci ilə kimi Azərbaycanda müəllimin dərs yükü 18 saat müəyyənləşdirilmişdi: "1992-ci ildən sonra isə 1 stavka üçün dərs yükü 12 saat oldu. Bu günə kimi dərs yükünün normasının azaldılması nəticəsində müəllimlərin sayı 20 min nəfərədək artdı və müəllim-şagird nisbəti fərqli oldu. Dövlət başçısının sonuncu sərəncamı ilə müəllimlərin dərs yükünün artırılmasından sonra Bakı şəhərində 6 saatdan az dərs yükü olmayacaq. Bu sənəd müəllimlər üzərində də müəyyən öhdəliklər qoyur”.

Son xəbərlər

Orphus sistemi