Bu gün və sabah müəllimlərin iş yerinin dəyişdirilməsi üzrə test imtahanları keçiriləcək

Bu gün və sabah müəllimlərin iş yerinin dəyişdirilməsi üzrə test imtahanları keçiriləcək 2107 nəfəri test imtahanı mərhələsinə dəvət olunub
Elm və təhsil
16 İyun , 2016 08:38
Bu gün və sabah müəllimlərin iş yerinin dəyişdirilməsi üzrə test imtahanları keçiriləcək

Bakı. 16 iyun. REPORT.AZ/ Respublikanın ümumi təhsil müəssisələrində və peşə liseylərində müddətsiz müqavilə ilə işləyən müəllimlərin iş yerinin bir rayondan (şəhərdən) digərinə dəyişdirilməsi üzrə müsabiqə çərçivəsində test imtahanları bu gün və sabah keçiriləcək.

“Report”un xəbərinə görə, müsabiqədə iştirak üçün müraciət edən şəxslərdən 2 107 nəfəri test imtahanı mərhələsinə dəvət olunub.

Müsabiqədə iştirak üçün müraciət edənlər arasında ibtidai sinif, Azərbaycan dili və ədəbiyyat, ingilis dili müəllimləri üstünlük təşkil edir.

İmtahanların keçirilmə yeri və tarixi barədə əlavə məlumat imtahan iştirakçılarının şəxsi səhifələrinə göndərilib.

Son xəbərlər

Orphus sistemi