Bakı. 9 yanvar. REPORT.AZ/ Azərbaycan Respublikasının Prezidenti yanında Bilik Fondu Təhsil Nazirliyinin "Azərbaycan müəllimi" qəzeti ilə birgə müəllimlər arasında "Ən yaxşı yazı" müsabiqəsi elan edib.
Bu barədə "Report"a Bilik Fondundan məlumat verilib.
Ölkənin bütün təhsil müəssisələrində çalışan müəllimlər, pedaqoqlar tədris etdikləri fənlərlə bağlı pedaqoji təcrübələrini, müasir dərsin əsas meyarlarını özündə əks etdirən metodiki yazılarını təqdim edə bilərlər.
Müəllimlər yazılarını yanvarın 31-dək təqdim edə bilərlər.