Moskva Dövlət Beynəlxalq Əlaqələr Universitetinə qəbulun nəticələri açıqlanıb

Moskva Dövlət Beynəlxalq Əlaqələr Universitetinə qəbulun nəticələri açıqlanıb Ən yüksək nəticə göstərən 5 nəfər müsahibə mərhələsinə buraxılıb
Elm və təhsil
20 May , 2015 11:42
Moskva Dövlət Beynəlxalq Əlaqələr Universitetinə qəbulun nəticələri açıqlanıb

Bakı. 20 may. REPORT.AZ/ Tələbə Qəbulu üzrə Dövlət Komissiyası (TQDK) Rusiyanın Xarici İşlər Nazirliyinin Moskva Dövlət Beynəlxalq Əlaqələr Universitetinə (MDBƏU) qəbul olmaq istəyən Azərbaycan vətəndaşları üçün keçirdiyi test imtahanının nəticələrini açıqlayıb. TQDK-dan "Report"a verilən xəbərə görə, imtahanda 10 abituriyent iştirak edib.

Onlardan ən yüksək nəticə göstərən 5 nəfər müsahibə mərhələsinə buraxılıblar. 

Müsahibə mayın 21-də TQDK-nın Bakı şəhəri, Yasamal rayonu, Mikayıl Müşfiq küçəsi 1m ünvanında yerləşən inzibatı binasında keçiriləcək. Müsahibədə abituriyentlərin ümumi dünyagörüşü yoxlanılacaq. 

Son xəbərlər

Orphus sistemi