Moskva Dövlət Beynəlxalq Əlaqələr Universitetinə qəbul imtahanının müsahibə mərhələsi keçirilib

Moskva Dövlət Beynəlxalq Əlaqələr Universitetinə qəbul imtahanının müsahibə mərhələsi keçirilib İmtahanın növbəti mərhələsi 27 və 29 iyunda Moskva şəhərində aparılacaq
Elm və təhsil
24 May , 2016 21:20
Moskva Dövlət Beynəlxalq Əlaqələr Universitetinə qəbul imtahanının müsahibə mərhələsi keçirilib

Bakı. 24 may. REPORT.AZ/ Tələbə Qəbulu üzrə Dövlət Komissiyası (TQDK) bu gün Rusiya Federasiyası Xarici İşlər Nazirliyinin Moskva Dövlət Beynəlxalq Əlaqələr Universitetinə (MDBƏU) qəbul olmaq istəyən Azərbaycan vətəndaşları üçün imtahanın müsahibə mərhələsini keçirib.

TQDK-dan "Report"a verilən məlumata görə, mayın 22-də keçirilən test imtahanında 8 abituriyent iştirak edib. Onlardan ən yüksək nəticə göstərən 5 nəfər müsahibə mərhələsinə dəvət olunub. Müsahibədə abituriyentlərin ümumi dünyagörüşü yoxlanılıb və ən yüksək nəticə göstərən 3 nəfər müəyyən edilib və onların namizədliyi MDBƏİ-yə ödənişsiz təhsil forması üzrə təhsil alması üçün təqdim olunacaq.

İmtahanın növbəti mərhələsi MDBƏU tərəfindən 27 və 29 iyunda Moskva şəhərində aparılacaq. Bu mərhələdə abituriyentlərin seçdikləri fakültədən asılı olmayaraq rus və ingilis dillərindən bilikləri yoxlanacaq. “Beynəlxalq iqtisadi əlaqələr fakültəsi”nə qəbul olmaq istəyənlər bundan əlavə riyaziyyatdan da imtahan verməlidirlər.

İkinci mərhələ imtahanının məzmunu, nümunə tapşırıqları və digər zəruri məlumatları www.mgimo.ru saytından əldə etmək olar.

Son xəbərlər

Orphus sistemi