Misir Mədəniyyət Mərkəzinin müdiri Xarici Dillər Gimnaziyasında olub

Misir Mədəniyyət Mərkəzinin müdiri Xarici Dillər Gimnaziyasında olub Görüşdə gimnaziyanın ərəb dili müəllimləri üçün ərəb dili üzrə təkmilləşdirmə kurslarının təşkil olunması müzakirə edilib
Elm və təhsil
27 Yanvar , 2015 17:43
Misir Mədəniyyət Mərkəzinin müdiri Xarici Dillər Gimnaziyasında olub

Bakı. 27 yanvar. REPORT.AZ/ Misir Mədəniyyət Mərkəzinin müdiri Əhməd Sami Elaydi Səttar Bəhlulzadə adına Xarici Dillər Gimnaziyasını ziyarət edib. 

Mərkəzdən "Report"a verilən məlumata görə, gimnaziyanın direktoru, əməkdar müəllim Məhəmmədəli Abbasov gimnaziyanın yaranma tarixindən, gimnaziyada təhsil alan şagirdlərin xarici dillərə olan maraqlarından, gimnaziyada 10 ərəb dili təmayüllü sinfin olmasından danışıb.

Ə.S.Elaydi isə Misir Mədəniyyət Mərkəzinin Azərbaycandakı 15 illik fəaliyyətindən, Mərkəzin fəaliyyət istiqamətlərindən, fəaliyyət istiqamətlərindən biri olan ərəb dilinin tədrisi və bunun üçün edilən səylərdən söhbət açıb.

Misir Mədəniyyət Mərkəzi ilə birgə ərəb dili üzrə şeir və ya inşa müsabiqələrinin, Qədim Misir sivilizasiyasından bəhs edən sərgilərin keçirilməsi, o cümlədən gimnaziyanın ərəb dili müəllimləri üçün Mərkəzində ərəb dili üzrə təkmilləşdirmə kurslarının təşkil olunması təklifləri müzakirə olunub.

Ə.S.Elaydi gimnaziyanın müəllim və şagird heyətini Misir tarixi və mədəniyyəti haqqında geniş məlumat əldə etmək üçün Misir Mədəniyyət Mərkəzinə dəvət edib.

Son xəbərlər

Orphus sistemi