​Milli Məclis 7 gündən çox dərs buraxılmasına görə valideynlərin cərimələnməsini nəzərdə tutan maddəni ləğv edib

​Milli Məclis 7 gündən çox dərs buraxılmasına görə valideynlərin cərimələnməsini nəzərdə tutan maddəni ləğv edib İnzibati Xətalar Məcəlləsinin 189.2-ci maddəsi ləğv edilməsi parlamentdə müzakirəyə çıxarılıb
Elm və təhsil
15 Aprel , 2016 13:12
​Milli Məclis 7 gündən çox dərs buraxılmasına görə valideynlərin cərimələnməsini nəzərdə tutan maddəni ləğv edib

Bakı. 15 aprel. REPORT.AZ/ Orta təhsil üzrə dərs gününün şagird tərəfindən bir ay ərzində 7 gündən çox buraxılmasına görə valideynlər və ya onları əvəz edən şəxslər yüz manat məbləğində cərimə edilməyəcək.

"Report"un xəbərinə görə, Milli Məclisin bugünkü plenar iclasında İnzibati Xətalar Məcəlləsinin 189.2-ci maddəsinin ləğv edilməsi müzakirəyə çıxarılıb.

Həmin maddə müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi səbəblər istisna olmaqla, dünyəvi icbari ümumi оrta təhsil üzrə dərs gününün şagird tərəfindən bir ay ərzində 7 gündən çox buraxılmasına görə valideynlərin və ya onları əvəz edən şəxslər yüz manat məbləğində cərimə edilməsini nəzərdə tutur.

Dəyişiklik layihəsi səsverməyə qoyularaq qəbul edilib.

Son xəbərlər

Orphus sistemi